Bu gün planetimizin yanından komet keçəcək

15 Dekabr 2018 16:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, komet bu dəfə planetimizin səthinə rekord dərəcədə yaxınlaşacaq. Bu kosmik hadisəni hətta binokl vasitəsilə də müşahidə etmək mümkün olacaq.

Günəş Sistemində saysız-hesabsız komet var. Onların böyük hissəsi sistemin ən uzaq sahəsi-Oorta buludunun daxilində yerləşir. Oorta buludu Yerdən 22 milyard km aralıda yerləşir. Müntəzəm olaraq bu bulud Yupiterin qravitasiyası ilə sərhədlərini dəyişir və Günəş Sisteminin daxilinə düşür.

Virtanena kometi kimi parlaq səma cisimləri 5.4 ildən bir Yerə yaxınlaşır. Bu komet 1948-ci ildə təsadüfən amerikalı astronom Karl Virtanen tərəfindən kəşf edilib.(olke.az)

AzNews.az