Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədi təsdiq edib.
AzNews.az xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Sənədin icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.(oxu.az)