Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsi keçirilib

15 Dekabr 2018 17:57 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews-a bildiriblər ki, tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin mahiyyəti barədə məlumat verildikdən sonra vətəndaşlarımız tərəfindən matroslara ünvanlanan məktublar hərbi qulluqçulara təqdim olunub və oxunub.

AzNews.az