Ən etibarlı avtomobillərin adları açıqlandı

15 Dekabr 2018 19:50 (UTC+04:00)

Müvafiq reytinqi ABŞ-ın "CarMD" şirklətinin ekspertləri dərc edib.

Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarı ilə, "Toyota" mühərrikləri ən yaxşı nəticə göstərib və ən "dözümlü" adına layiq görülüblər.

Reytinqdə ikinci yeri "Acura", üçüncü yeri isə "Hyundai" tutub. İlk beşliyə həmçinin "Honda" və "Mitsubishi" avtomobilləri də daxil olub. Ekspertlər həmçinin "Subaru", Buick", "Mercedes-Benz", "Lexus" və "Nissan" avtomobillərini də qeyd ediblər.(trend.az)

AzNews.az