Qitənin ən böyük almazı tapıldı

15 Dekabr 2018 23:26 (UTC+04:00)

Axar.az xəbər verir ki, bu ilin oktyabr ayında tapılan 552 karatlıq sarı almaz Kanadanın şimalında yerləşən mədəndə tapılıb.

Sözügedən almazın xammal şəkilində satılmayacağı və dəyərinin hələlik dəqiqləşdirilmədiyi bildirilib.

Qeyd edək ki, Şimali Amerikanın bundan əvvəlki ən böyük almazı 187,7 karatlıq olub və o da 2015-ci ildə sarı almazın tapıldığı mədəndən tapılıb.

AzNews.az