Ərdoğan Fatih Portakala od püskürdü: “Bu nə tərbiyəsizlikdir!”

16 Dekabr 2018 15:05 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında bunları deyib:

"Camaatı küçəyə dəvət edirlər. Bu nə tərbiyəsizlikdir. Bir nəfər özünü tanımayan, həddini bilməyən, ədəbsiz çıxıb camaatı küçəyə dəvət edir. Əxlaqsıza bax. Bu nə tərbiyəsizlikdir? Onsuz da məhkəmə buna lazımi cavabı verəcək. Mən buna inanaıram. Sən nə edirsən? Bura Parisdirmi? Gezi olaylarında hər kəs dərsini aldı. 15 iyulda hər kəs dərsini aldı. Bu ölkədə bundan sonra bu cür olaylara cəhd edənlər bunun əvəzini ağır ödəyəcəklər".

Xatırladaq ki, Fatih Portakal öz xəbər proqramında Azərbaycana qarşı da yanlış mövqe sərgiləmişdi.

Malik LİFTİYEV
AzNews.az