Gürcüstanın yeni prezidenti and içdi

16 Dekabr 2018 15:56 (UTC+04:00)

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Gürcüstanın 4-cü Prezidenti Georgi Marqvelaşvili vida görüşü edib.

Sonra Gürcüstanın dövlət bayrağı gətirilib.

Daha sonra yeni Prezident Salome Zurabişvili tribunaya çıxıb.

Gürcüstanın yeni Prezidenti əlini konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyini, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.

Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.(AZƏRTAC)

AzNews.az