Yük maşını traktorla toqquşdu - Yaralı var

16 Dekabr 2018 17:37 (UTC+04:00)

Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Firmaya məxsus yük maşını eyni istiqamətdə hərəkət edən Zaqatala rayon sakininin idarə etdiyi qoşqulu traktoru arxadan vurub. Qəzadan sonra yük maşınında olan 1996-cı il təvəllüdlü Şəki rayonu Qışlaq kənd sakini Sərxan Həmzət oğlu Alıməmmədli aldığı müxtəlif dərəcəli bədən xəsarəti ilə Zaqatala MRX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(musavat.com)

AzNews.az