Avstraliyada güclü zəlzələ olub

16 Dekabr 2018 19:32 (UTC+04:00)

Avstraliyada 5.6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Qərbi Avtsraliya ştatında baş verib.

Hadisə yerli vaxtla saat 14:26-da qeydə alınıb. Zəlzələnin episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. (trend)

AzNews.az