Restoranda güclü partlayış: 41 nəfər yaralandı

16 Dekabr 2018 20:52 (UTC+04:00)

Yaponiyanın Sapporo şəhərində restoranların birində partlayış baş verib.

Hadisə yerli vaxtla saat 21:30-da baş verib.

Partlayış baş verən əraziyə giriş məhdudlaşdırılıb.

41 nəfər xəsarət alanlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Xəsarət alanlar arasında xarici vətəndaşların olub-olmaması barədə məlumat hələ ki yoxdur. (trend)

AzNews.az