Agcabədidə yol qəzası: ölən və yaralananlar var - FOTOLAR

16 Dekabr 2018 21:48 (UTC+04:00)

Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Boyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106" markalı avtomobildə olan, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən sərnişin ölüb.

Hadisə nəticəsində daha iki nəfər də xəsarət alıb. Yaralılar ətrafdakı insanlarım köməkliyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

AzNews.az