İraq prezidenti Britaniya vətəndaşlığından imtina etdi

16 Dekabr 2018 23:13 (UTC+04:00)

İraq prezidenti Bəhram Saleh Böyük Britaniya vətəndaşlığından imtina edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin oktyabrında prezident seçilən B. Saleh Britaniya hökumətinə təşəkkür edərək ölkə konstitusiyasına əsasən İngiltərənin vətəndaşlığını qəbul etməyib.

AzNews.az