92 yaşlı qadın yol qəzasının qurbanı oldu...

17 Dekabr 2018 10:46 (UTC+04:00)

Ölümlə nəticələnən hadisə Bakının Xətai rayonunda qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, dekabr ayının 14-də Elgün İsmayılov idarə etdiyi “Mersedes” markalı avtomobillə M.Əmirxanov küçəsində yolu keçmək istəyən 1926-cı il təvəllüdlü Zeynəb Alıyevanı vurub. Yaralı təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırılıb. 92 yaşlı qadının xəsarətləri ağır olduğundan dekabr ayının 16-da orada dünyasının dəyişib.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və sürücü E.İsmayılov istintaqa cəlb olunub.

Azər
AzNews.az