Poroşenko ölkənin əsas hədəflərini açıqladı

17 Dekabr 2018 11:07 (UTC+04:00)

Poroşenko dekabrın 16-da keçirilən mətbuat konfransında növbəti beş ildə Ukraynanın milli maraqlarına cavab verən sülhə nail olmaq, iqtisadi böhranı aradan qaldırmaq, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün zəruri meyarları həyata keçirmək dövlətin əsas prioritet istiqamətləri olduğunu bildirib.

Prezident Ukraynada korrupsiyaya qarşı mübarizədən razı qalmadığını da etiraf edib: “Əgər mənə sual versələr ki, korrupsiyaya qarşı mübarizədən razısınız, çəkinmədən yox deyərəm. Biz korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün birgə səylərimizi artırmalıyıq”.(AZƏRTAC)

© AzNews.az