Daha bir ölkə İrəvandan üz çevirdi

17 Dekabr 2018 11:17 (UTC+04:00)

Rəhmon görüşdə Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyinə namizədliyini dəstəklədiyini bildirib.

Tacikistan rəhbəri Belarusun bu posta təqdim etdiyi namizədi dəstəkləməyə hazır olduqlarını bildirib.

İki gün əvvəl isə Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinə müraciət edərək, KTMT-yə üzv ölkələrin qərarlarına hörmət etməyə çağırıb.

O, Ermənistanı ittifaq daxilində problem yaratmaqda da ittiham edib.

Qeyd edək ki, rəsmi İrəvan KTMT-də rəhbərliyin hələ 2020-ci ilədək Ermənistanda qalmalı olduğunu iddia edir.

Ermənistanda barəsində cinayət işi açıldığına görə, KTMT-nin baş katibi Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılmasından sonra, dönəm rəhbərliyi İrəvandan alınıb. Buna baxmayaraq, Ermənistan rəhbərliyi postun İrəvanda qalmasına təkid edir.

Qazaxıstan və Belarusdan sonra Tacikistan da dönəm rəhbərliyinə Minskin namizədini dəstəklədiklərini açıqlayıb.(teleqraf.com)

© AzNews.az