Gənc oğlanın bank kartından 1782 manat oğurlandı

17 Dekabr 2018 11:30 (UTC+04:00)

Bakının Qaradağ rayonunda bankomat kartından xeyli miqdarda pul oğurlanıb.

AzNews.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Rəşad Nəsirov Qaradağ RPİ-nə şikayət edərək bildirib ki, "Kapital bank"a məxsus bankomat kartından 1782 manat pul oğurlanıb. Oğurluq barədə xəbər tutan zərərçəkən dərhal polisə müraciət edib.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb, zərərçəkənin ifadəsi alınıb.

Azər
AzNews.az