Bu gün hava isti olacaq

14 Aprel 2013 08:37 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 14-də Bakı və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək. Temperatur gecə 6-9, gündüz 14-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 13-dən başlayan yağış aprelin 14-də səhər, bəzi yerlərdə isə gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.

AzNews.az