İraq Türkiyədən bank almaq üçün danışıqlara başladı

17 Dekabr 2018 13:10 (UTC+04:00)

İraqın dövlət banklarından olan İraq Ticarət Bankı Türkiyədən bank almaq üçün yenidən danışıqlara başlayıb.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, avqustda Türkiyədən iştirakçı bank almaq fikrindən əl çəkən İraq Ticarət Bankı indi ənənəvi bir bankı almaq niyyətindədir.

Faysal əl Haimus “The National” qəzetinə verdiyi müsahibədə Türkiyədən bir bankla bu ayın əvvəlindı danışıqlara başladıqlarını bildirib:

“Türkiyədən bank almaq planlarımızı Türk lirəsindəki qeyri-sabitliyə görə təxirə salmışdıq. Amma indi yenidən başlayırıq. Buna səbəb Türk lirəsindəki sabitliyin bərpa olunmasıdır".

Ancaq əl Haimus indi ənənəvi bank almaq fikirlərinin olduğunu, bu bankların öz təcrübələri ilə üst-üstə düşdüyünü vurğulayıb.

Əsmər Qabil

AzNews.az