Bakının tanınmış ticarət mərkəzində oğurluq edildi

17 Dekabr 2018 13:14 (UTC+04:00)

Nərimanov rayonunda yerləşən Gənclik Mall ticarət mərkəzində oğurluq faktı qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, ticarət mərkəzində yerləşən geyim mağazasından 128 manat dəyərində geyim əşyası oğurlanıb. Bu barədə mərkəzin əməkdaşları polis bölməsinə məlumat veriblər.

Hadisə yerinə gələn əməliyyatçılar müşahidə kameralarına baxış keçirib və cinayəti törədəni müəyyən ediblər. İsti izlərlə keçirlən əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Vəliyev adlı şəxs saxlanılaraq Nərimanov RPİ-nə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Azər
AzNews.az