Daşkənddə Şaxta babaların yürüşü keçirildi

17 Dekabr 2018 14:05 (UTC+04:00)

Özbəkistanın Məhəllə Fondunun təşəbbüsü ilə baş tutan yürüş paytaxt sakinlərinin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.

Yürüşün təşkilatçıları bildiriblər ki, dekabrın 20-dən 31-dək Məhəllə Komitələrində, uşaq əyləncə mərkəzlərində, teatr və konsert salonlarında, parklarda Yeni il münasibətilə bayram şənlikləri keçiriləcək, xeyriyyə aksiyaları təşkil olunacaq.(AZƏRTAC)

© AzNews.az