“Jeep”ə güllə yağdırdılar – 1 yaralı var

17 Dekabr 2018 15:16 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində “Jeep” markalı avtomobilə silahlı hücum olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, maşındakı şəxs yaralanıb.

Hücum edən şəxslər qaçıb, yaralı adam isə təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

Pərvanə Ağazadə

AzNews.az