“Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib” - İlham Əliyev

17 Dekabr 2018 15:48 (UTC+04:00)

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Prezident çıxışında köçkün ailələrin evlə təmin olunmasından da danışıb:

"Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır.

Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib.

Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik".

© AzNews.az