Qara Qarayevin 100 illiyinə həsr olunur - Muğam Mərkəzində tədbir

17 Dekabr 2018 16:24 (UTC+04:00)

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

AzNews.az-ın məlumatına görə konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı Mahir Tağızadə iştirak edəcək.

Konsertdə bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Qeyd edək ki, konsert proqramı Prezident İlham Əliyevin bəstəkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunacaq.

AzNews.az