Bu il dünyanın ən çox ziyarət edilən muzeyi

17 Dekabr 2018 16:35 (UTC+04:00)

TASS informasiya agentliyi xəbər verir ki, Pekində yerləşən bu muzey ötən həftə 2018-ci il ərzində 17 milyonuncu ziyarətçini qəbul edib ki, bu da ötən illə müqayisədə 6,25 faiz çoxdur. Hazırda Yasaq şəhərə gündə 80 mindən çox ziyarətçi buraxılmır. Muzeyin memarlığının və eksponatların qorunmasına yönələn bu məhdudiyyət artıq iki aydan çoxdur ki, qüvvədədir.

“Ququn” muzeyi ilkin olaraq 1925-ci ildə imperator sarayları kompleksinin ərazisində yaradılıb. Pekinin bu hissəsi “Yasaq şəhər” adı ilə tanınır. Burada 1,86 milyonadək eksponat var və onların yalnız 2 faizi sərgilərdə və daimi ekspozisiyalarda nümayiş olunub.

2002-ci ildə “Yasaq şəhər” ərazisinin yalnız üçdəbir hissəsi ictimai baxışa açıq idisə, indi artıq 80 faizi əlçatandır.(AZƏRTAC)

© AzNews.az