Qadının əlindən çantasını alıb qaçdılar - Bakıda

17 Dekabr 2018 16:40 (UTC+04:00)

Nəsimi rayonunda Gülnarə Həsənzadəyə qarşı soyğunçuluq cinayəti törədilib.

AzNews.az-ın məlumatına görə, qadın şikayətində göstərib ki, tanlmadığı şəxs, onun əlindən çantasını alaraq qaçıb. Məlum olub ki, əl çantasında mobil telefon, 50 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri olub.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalara başlanılıb, hadisə baş verən ərazidə müşahidə kameralarına baxış keçirilib.

Azər
AzNews.az