ABŞ-lı hərbçi türk əsgərini hədəfə alan tvit paylaşdı - və qorxusundan sildi

17 Dekabr 2018 16:49 (UTC+04:00)

ABŞ-ın başçılıq etdiyi hərbi koalisyanın sözçüsü Sean Ryanın türk əsgərlərini hədəf aldığı paylaşım sərt reaksiyalara səbəb olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sean Ryan sosial media hesabından türk əsgərini hədəfə alan tvit paylaşıb.

Ryan Vil Ceymsson-Bryant adlı tvitter istifadəçisinin “Bu həftəki sevimli şəklim. ABŞ Özəl Qüvvələri (yaşıl papaqlılar) terrorist türk ordusu nişançılarının məktəbdən evə gedən balaca qız uşağını öldürməsindən sonra Rojava-Türkiyə sərhədində gəzir. Bu uşaqlar təhlükəsiz yerdədirlər. Yaşıl Papaqlılar tərəfindən qorunur” yazılı tvitini paylaşıb.

Türk əsgərlərinə qarşı şok ifadələrin yer aldığı tviti paylaşan sözçü reaksiyalardan sonra paylaşımı silib.

Hadisəni ortalığa çıxaran alman jurnalist Julian Röpckeni isə o, sosial mediada bloka atıb.

Pərvanə Ağazadə

AzNews.az