Türkiyə, İran və Rusiya Suriyanı müzakirə edəcək

17 Dekabr 2018 17:11 (UTC+04:00)

Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr - Türkiyə, İran və Rusiya arasında xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.

Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.(report.az)

© AzNews.az