Ən çox etdiyimiz səhvlər hansılardır?

17 Dekabr 2018 17:23 (UTC+04:00)

Bəzən nəyisə hardasa səhv etdiyimizi düşünürük. İnsanlarla münasibətdə, iş həyatımızda. Bəs münasibətlərdə ən çox etdiyimiz səhvlər hansılardır?

AzNews.az münasibətlərdə etdiyimiz səhvləri təqdim edir.

Hər şey üçün üzr istəmək

Aparılan araşdırmalarda məlum olub ki, qadınlar kişilərə nisbətən daha çox “üzr istəyirəm” kəliməsini işlədir.

Səhvlərini qəbul etmək təbii ki, gözəldir, amma bu “üzr istəyirəm”lər artmadığı müddətdə.

Hər şeyə "hə" demək

Ən yaxın rəfiqəniz istəyir deyə onun ailəsi ilə tətilə çıxmağa məcbur deyilsiniz. Hətta istəmədiyiniz heç bir şeyə "hə" demək məcburiyyətiniz yoxdur.

Şəxsiyyətinizi alçaltmaqdan əl çəkin

Pis şəkillərinizi gizlətmək "Facebook"da pis düşdüyünüz şəkilə etiketlənmək istəməməyiniz normaldır, amma bunu problem halına gətirmək yaxşı deyil.

Başqa qadınları cinsi həyatlarına görə günahladırmaq

Heç bir qadın cinsi həyatı ilə günahlandırılmağa layiq deyil. Qarşınızdakı insanı günahlandırdığınızda ağzınızdan çıxacaq bir söz həmin insanın bütün həyatını məhv edə bilər.

Sevgilisi olmaq üçün sevgili olmaq

Yalnız qalmaqdan qorxduğunuz üçün kiminləsə münasibətdəsənizsə, elə bu dəqiqə ayrılın.

İnsanlarla məcbur ünsiyyət qurmaq

Məktəb vaxtından tanıdığınız biri ilə yola gedə bilmirsinizsə, köhnə tanışdır deyə görüşməyin. Özünüzə bu yolla əzab vermiş olursunuz.

Nigar CƏFƏR

AzNews.az