“Qar qız və dəniz quldurları” - Uşaqlara Yeni il hədiyyəsi

17 Dekabr 2018 18:38 (UTC+04:00)

Şəki Dövlət Dram Teatrı məktəblilərin qış tətili günlərinin mənalı və səmərəli keçməsi üçün “Qar qız və dəniz quldurları” adlı yeni nağıl-tamaşa hazırlayır.

AzNews.az-ın məlmatına görə tamaşa Yeni il bayramı günlərində, dekabrın 29-dan yanvarın 7-dək məktəblilərə təqdim olunacaq.

Teatrın yaradıcı kollektivi, eyni zamanda, türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi lodos” əsəri üzərində məşqləri də davam etdirir.

Tamaşa gələn il yanvarın sonunadək teatrsevərlərə təqdim olunacaq.

AzNews.az