Bələdiyyə başçısı avtomobil qəzasına düşdü - Təcili xəstəxanaya çatdırıldı

17 Dekabr 2018 19:03 (UTC+04:00)

Türkiyədə bələdiyyə başçısı avtomobil qəzasına düşüb.

AzNews.az "Hürriyyət"ə istinadən xəbər verir ki, Karataşın bələdiyyə başçısı CHP-li Boğaçhan Ünal idarəetməni itirərək qəza törədib.

Yaralanan B.Ünal hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.

AzNews.az