Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs olundu

17 Dekabr 2018 20:19 (UTC+04:00)

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutulub.

Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb. (report)

AzNews.az