Gədəbəydə dumanlı hava qəzaya səbəb oldu: xəsarət alanlar var

17 Dekabr 2018 20:58 (UTC+04:00)

Gədəbəy rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Bayram Yaşar oğlu İsmayılov və 1978-ci il təvəllüdlü Cabir Rasim oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az