Hindistanda xəstəxanada yanğın: 6 nəfər öldü

17 Dekabr 2018 21:34 (UTC+04:00)

Hindistanın Mumbay şəhərindəki dövlət xəstəxanasında baş verən yanğında 6 nəfər ölüb.

Hadisə zamanı 108 nəfər xəsarət alıb. Xəstələrin hamısını binadan təxliyə etmək mümkün olub. Onlar yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilib.

Yanğının səbəbləri məlum deyil. (trend)

AzNews.az