Gəncədə fəhlə binanın damından yıxılaraq öldü

17 Dekabr 2018 21:56 (UTC+04:00)

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az