Yeddi min nəfər Sarkisyanın partiyasından istefa verdi

18 Dekabr 2018 12:04 (UTC+04:00)

Bunu “Qraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, eks hökumət başçısı uzun müddətdir siyasi təşkilatın qərargahına ayaq basmır.

K.Karapetyanla birlikdə Ermənistanın qaz təchizatı sahəsinin 7 min işçisi də Respublikaçılar Partiyasından çıxmaq barədə ərizə yazıblar. Onlar K.Karapetyanı hökumət başçısı etmək üçün 2017-ci ildə keçirilən parlament seçkiləri qabağı həmin dövrdə hakim partiyaya üzv olubmuşlar.

Qeyd edək ki, K.Karapetyan hazırda Rusiyanın “Zarubejneft” şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelindək Ermənistanın baş naziri olub.(report.az)

© AzNews.az