Avropanın ən çox oyuncaq satan ölkəsi

18 Dekabr 2018 12:34 (UTC+04:00)

Bunu “UniCredit” bankı tərəfindən aparılan tədqiqatların nəticələri sübut edir. Cari ildə oyuncaq ixracının dəyəri 2 milyard avroya çatıb. Plastik yığma konstruksiyalar, gəlinciklər, miniatür modellər və oyun dəstləri populyar ixracat malları sırasındadır.

Çexiyanın birinci yer tutmasının əsas səbəblərindən biri “Lego” konstruktorlarının istehsalının ölkəyə gətirilməsidir.

“Lego” detal dəstlərinin yığılması və modelinin hazırlanması Çexiya oyuncaqları ixracının 60 faizini təşkil edir.(AZƏRTAC)

© AzNews.az