Pablo Neruda Azərbaycan dilində - “Ümidsizlik nəğməsi”

18 Dekabr 2018 12:37 (UTC+04:00)

Çili şairi, Nobel mükafatı laureatı Pablo Nerudanın “Ümidsizlik nəğməsi” adlı şeirlər kitabı işıq üzü görüb.

AzNews.az-ın verdiyi məlumata görə kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşridir.

XX əsr dünya poeziyasının korifeylərindən sayılan Nerudanın əsərlərini dilimizə tanınmış şair-tərcüməçi Salam Sarvan çevirib.

Kitabın redaktoru Mahir N.Qarayevdir.

AzNews.az