Prezidentə gözlənilməz evlilik təklifi
14 Aprel 2013 20:42 (UTC+04:00)
Bu gün İran prezidenti Mahmud Əhmədinejatın İranın şimal vilayəti olan Semnana səfəri zamanı qəribə və gözlənilməz bir hal baş verib. Belə ki, prezidentin xalqla görüşü zamanı ailəsini itirən qoca qadın prezidentə evlənmə təklifi edib. Qadın tənha olduğunu və tezliklə Tehranda yaşamaq arzusunu dilə gətirib.
Digər İran liderləri kimi Mahmud Əhmədinejatın da şəxsi həyatı barədə heç kimə heç nə bəlli deyil. Prezidentin xanımı, 2 oğlu və bir qızı mətbuatda demək olar ki, görünməyən simalardır. Hətta əksər əhali onun övladlarını üzdən tanımırlar.
Prezident 24 yaşında ailə həyatı qurub. Onun həyat yoldaşı ixtisasca mühəndisdir. Ancaq İrandakı əksər xanımlar kimi o da evdar qadındır. Mahmud öz şəxsi həyatını gizli saxlayan liderlərdən olsa da, 3 il öncə İran televiziyasına verdiyi müsahibə zamanı, çox evdar olduğunu və ailəsinə həmçinin mətbəxdə yemək hazırlamağı çox sevdiyini bildirmişdi. "Mən gözəl çorbalar bişirə bilirəm və hazırladığım yeməkləri hər kəs bəyənir",-deyə o bildirmişdi.
Qayıdaq mövzuya: Prezident yaşlı xanımın evlilik təklifinə yumor hissi ilə yanaşmış və tezliklə onun nəyə ehtiyacı olarsa, istəklərini yerinə yetirəcəyinə söz verib.
Aynur Hüseynova
AzNews.az