İsveçin Göteborg şəhərinin mərkəzində içərisində bomba olan paket aşkarlanıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ətrafdaki insanlar polisə zəng edərək bu haqda informasiya veriblər.
Polislər paketin içində bombanın olduğunu təsdiq ediblər.
Hadisə yerinə daha sonra bomba zərərsizləşdirən komanda gəlib və bombanı zərərsizləşdirib.
İnsidentlə bağlı istintaq işləri başlanılıb.
Nigar CƏFƏR
AzNews.az