Ərdoğan şəhidin ailəsinə başsağlığı verdi

18 Dekabr 2018 15:54 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda şəhid olan polis məmuru Nazım Tuncerin ailəsinə başsağlığı verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident başsağlığını telegraf vasitəsilə göndərib.

Qeyd edək ki, Diyarbakırın Hani bölgəsində PKK-lı terroristlər tərəfindən yaralanan 2 polisdən biri olan Nazım Tuncer Diyarbakırdakı Selahaddin Eyyubi dövlət xəstəxanasında dünyasını dəyişib.

Pərvanə Ağazadə

AzNews.az