Maral ovçusuna qeyri-adi cəza

18 Dekabr 2018 16:08 (UTC+04:00)

Missuri ştatının sakini David Berry atası və qardaşı ilə birlikdə avqust ayında həbs olunub.

Onlar ovladıqları maralların başlarını kəsəndən sonra cəsədləri meşədə qoyurdular.

Ştatın məhkəməsi qərara alıb ki, müttəhim 23 dekabrdan etibarən, ayda ən azı bir dəfə Bembi filmini izləməlidir.

Anası ovçular tərəfindən öldürülmüş maral balası barədə film 1942-ci ildə çəkilib.

Berry-nin dəqiq neçə maral öldürdüyü açıqlanmayıb.

Lakin bir ay davam edən araşdırma zamanı ətraf mühitin mühafizəsi departamentinin rəsmiləri "bir neçə yüz" maralın öldürülmüş olduğunu deyiblər.(BBC)

© AzNews.az