Yol polisi maşını yoldan çıxıb aşdı - VİDEO

18 Dekabr 2018 16:16 (UTC+04:00)

Bu gün saat 14.20 radələrində Kənar Dairəvi Yolda - Maşın bazarının yaxınlığında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə məxsus 99-YP-355 dövlət nömrəli nişanlı avtomobil qəzaya uğrayıb.

Yağışlı hava şəraitində yolun sürüşkən olması ilə əlaqədar idarəetmədən çıxan avtomobil yol kənarındakı uçuruma düşüb.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.(avtosfer.az)

© AzNews.az