CHP-nin Ankara namizədinin adı açıqlandı - Bələdiyyə seçkiləri üçün

18 Dekabr 2018 17:56 (UTC+04:00)

CHP-nin Ankara namizədi müəyyənləşib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 31 martda keçiriləcək bələdiyyə seçkilərində CHP-nin Ankara və Adana namizədləri məlum olub.

CHP-də keçirilən səsvermənin nəticələrinə görə, Ankara Böyükşəhər bələdiyyəsinin namizədi Mansur Yavaş, Adanadakı namizəd isə Seyhan bələdiyyəsinin sədri Zeydan Karalar olub.

Pərvanə Ağazadə

AzNews.az

.