Gürcüstan Türkləri Konfederasiyasında dəyişiklik

15 Aprel 2013 05:26 (UTC+04:00)
Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədovun imzaladığı qərar ilə GTK 1-ci vitse-prezidenti İsrail Məhərrəmov tutduğu vəzifəsində azad edilib. İsrail Məhhərərmovun GTK 1-ci vitse-prezidenti vəzifəsindən azad edilməsi üçün əsas başqa işə keçməsi götürülüb. Bu barədə Avropa.info-ya Gürcüstan Türkləri Konfederasiyası (GTK) İnformasiya Departamentindən məlumat verilib. Sərdar Əliyev isə digər qərar ilə Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti təyin edilib. Sərdar Əliyev Gürcüstan Türkləri Konfederasiyasının təsisçi-assosativ üzvü olan Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Baş katibi vəzifəsini icra edir.

AzNews.az