Messi 5-ci dəfə “Qızıl ayaqqabı”nı aldı

18 Dekabr 2018 21:06 (UTC+04:00)

“Barselona”nın hücumçusu Lionel Messi 5-ci dəfə “Qızıl ayaqqabı"nı alıb.

Mükafatın təntənəli təqdimetmə mərasimi bu gün keçirilib. Messi 5-ci dəfə bu mükafatı almaqla dünya rekordunu təzələyib.

Messi ötən mövsüm İspaniya çempionatının 36 matçında 34 top vurub. (qafqazinfo)

AzNews.az