Azərbaycan nefti ucuzlaşdı

19 Dekabr 2018 09:59 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,61 dollar və yaxud 4,26% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,60 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.(report.az)

© AzNews.az