“DGK bu il 30-dan çox korrupsiya faktı aşkar edib”

19 Dekabr 2018 10:22 (UTC+04:00)

Bunu jurnalistlərə açıqlamasında DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin faktlardan cinayət tərkibi olan işlər aidiyyəti üzrə digər qurumlara göndərilib.

"Korrupsiya əməlləri ilə bağlı 100-dən çox əməkdaşı işdən çıxardıq. Bununla bağlı 365 gün, 24 saat mübarizə aparacağıq", - o qeyd edib.(report.az)

© AzNews.az