Şaxta baba və Qar qız olmaq istəyənlər nə qədər ödəməlidir?

19 Dekabr 2018 10:35 (UTC+04:00)

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur".

Qeyd olunub ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: "Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək".

Rəsmi məlumata görə, bayram günlərində şəhərdə ümumilikdə 36 yolka qurulacaq:

“Bundan başqa bulvar və İçərişəhərdə də yolka qurulur. Ən böyük yolka isə Azadlıq meydanında qurulur. Rəsmi məlumata görə, yolkalar şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən qurulur”.(moden.az)

© AzNews.az