Trampın Orta Şərq barış planının uğur qazanmaq şansı yoxdur - Riyad Mansur

19 Dekabr 2018 11:33 (UTC+04:00)

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur Tramp hakimiyyətinin Orta Şərq planının uğur qazanmaq ehtimalının olmadığını və açıqlanan kimi öləcəyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mansur Tramp hakimiyyətinin Orta Şərq planı ilə bağlı açıqlamalar verib.

O, bu planların həyata keçməyəcəyini bildirib.

Vəzifəsindən ilin sonunda ayrılmalı olan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Hayley ilə bağlı da danışan Mansur Hayleyi “Aqressiv və İsrail tərəfdarı” olmaqda təqsirləndirib:

“Hayleyin mövqeyi əvvəlki ABŞ-lı nümayəndələrə baxanda daha aqressivdir və İsrail tərəfdarıdır. O, israillilərdən daha çox israilliymiş kimi davrandı. Fələstin xalqına düşmən bir mövqe sərgilədi”.

Pərvanə Ağazadə

AzNews.az