Oqtay Əsədov İrana gedir

19 Dekabr 2018 11:47 (UTC+04:00)

Səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.

Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.(report.az)

© AzNews.az